Qavra — Azərbaycan Tələbələri üçün Sınaq və Tələbə Platforması

Qavra — Azərbaycan tələbələri üçün sınaq hazırlığı, canlı quiz, elan, lent və mesajlaşma platforması. Nəticələri izləyin, icmanı kəşf edin və pulsuz başlayın.

Qavra nədir?

Qavra Azərbaycan tələbələri üçün sınaq hazırlığı, tələbə həyatı və icma platformasıdır. Sınaq yaradın, nəticələri izləyin, elanları kəşf edin, lentdə paylaşın və digər üzvlərlə əlaqə saxlayın.

Qavra-da hansı imkanlar var?

Fayldan sınaq və cavab açarı hazırlaya, öz və canlı quizlər qura, nəticə/statistika/rozetlərinizi izləyə, bal hesablaya, elan və lent paylaşımları yarada, birbaşa və qrup söhbətlərinə qoşula bilərsiniz.

Öz və canlı sınaqlar necə işləyir?

Öz suallarınızla sınaq yarada, vaxt, məxfilik və iştirak ayarlarını seçib paylaşa bilərsiniz. Canlı sınaqda host oturumu idarə edir, iştirakçılar isə PIN ilə qoşulub sualları real vaxtda cavablandırır.

İrəliləyişimi harada izləyə bilərəm?

Panel və profil bölmələrində tamamlanmış sınaqlar, nəticələr, fənn statistikası, gündəlik seriya, gündəlik hədəflər, nailiyyət rozetləri və həftəlik sıralama yeriniz görünür.

İcma və ünsiyyət imkanları hansılardır?

Sosial lentdə paylaşım, şərh, bəyənmə, repost və yadda saxlama var. Üzvlərlə birbaşa mesajlaşa, rəsmi universitet qruplarına və ictimai tələbə qruplarına qoşula, elan müəllifi ilə əlaqə saxlaya bilərsiniz.

Bal kalkulyatoru və Premium nə verir?

Bal kalkulyatoru standart və şəxsi modelinizlə nəticəni hesablayır, hədəf analizi edir və hesablamaları saxlamağa imkan verir. Premium daha yüksək test və təkrar imtahan limitləri ilə qabaqcıl statistika təqdim edir.

Hesabım və məlumatlarım üzərində nəzarətim varmı?

Bəli. Ayarlardan profil, məxfilik, görünüş, dil, sosial linklər, şifrə və PIN seçimlərini idarə edə bilərsiniz. Hesab silmə mərkəzindən silmə sorğusu göndərmək, statusu izləmək və gözləyən sorğunu ləğv etmək mümkündür.

PDF-dən onlayn sınaq necə yaradılır?

Faylı yükləyin, aşkar edilmiş sualları və cavab açarını yoxlayın, sual sayı, vaxt və qarışdırma seçimlərini qurub imtahanı başladın.

Qavra pulsuzdur?

Pulsuz planda bir test saxlamaq, həmin testlə 5 dəfə imtahan başlatmaq və 20 nəticə saxlamaq mümkündür. Daha yüksək limitlər Premium planla açılır.

Pulsuz başla